AZ   |   RU
Nyu-Yorkda Azərbaycanın Əməkdar artistinin solo konserti keçirilib


ABŞ-ın Nyu-York şəhərində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın solo konserti keçirilib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, uzun illərdir Azərbaycan musiqisini Amerikada təbliğ edən tanınmış pianoçu Nyu-York şəhərindəki məşhur "Carnegie Hall" mədəniyyət mərkəzinin "Weill Recital Hall" konsert salonunda çıxış edib.

Klassik musiqili gecəyə Azərbaycanın ABŞ-dakı səfirliyinin diplomatları, ABŞ-da yaşayan azərbaycanlılar, müxtəlif ölkələrdən olan sənətsevərlər qatılıb.

Əməkdar artist görkəmli bəstəkarlar Volfhanq Amadey Motsart, Frederik Şopen, Sergey Raxmaninofun əsərlərini ifa edib. Konsertdə N.Əlyarova həmçinin Qara Qarayevin ''Yeddi gözəl'' baletindən Aişənin rəqsi və "İldırımlı Yollarla" baletindən "Ehtiraslı Qızın Rəqsi" əsərlərini ifa edib. Gecədə çıxış edən sənətçi bildirib ki, konsertdən əldə olunan gəlirlər Türkiyədəki zəlzələdən zərərçəkənlərə dəstək fonduna göndəriləcək.

İki saat davam edən konsert proqramı anşlaqla keçib.



  • 31-03-2023, 22:37