AZ   |   RU
Nizami rayonunda növbəti iməcilik keçirilib - FOTOLAR

 

Nizami rayonunda Heydər Əliyev, Qara Qarayev, Babək prospektlərində, Mikayıl Əliyev küçəsi və Koroğlu dairəsində növbəti iməcilik keçirilib.

Missiya.Az xəbər verir ki, sözügedən ərazilərdə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Rayon Yaşıllaşdırma Sahəsinin işçiləri tərəfindən abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib, yol kənarlarındakı ərazilərə yeni qazon örtüyü vurulub, sıradan çıxan qazon örtüyü isə yenilənib.

Eyni zamanda, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin yuyulması həyata keçirilib. 

Kommunal xidmət əməkdaşları ilə yanaşı ictimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları da öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər.

Qeyd edək ki, Nizami rayon ərazisində “Heydər Əliyev İli” çərçivəsində mart ayı ərzində üç iməcilik və ağacəkmə aksiyası keçirilib ki, bu da rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Missiya.Az



  • 25-03-2023, 15:30