AZ   |   RU
Azərbaycan millisi Albaniya yığmasına məğlub olub


Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.



Missiya.Az  "Report"a istinadən xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.


Millimizin heyətində 46-cı dəqiqədə Camal Cəfərov fərqlənib. U-21 növbəti yoldaşlıq oyununu martın 26-da Sloveniya yığmasına qarşı keçirəcək.



  • 23-03-2023, 23:22