AZ   |   RU
“Maya” filminin təqdimatı keçirilib

23 fevral Nizami Kino Mərkəzində “Maya” filminin təqdimatı keçirilib.

Missiya.Az xəbər verir ki, tədqimatı giriş sözü ilə filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Brliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza açıb. Daha sonra rejissor, Xalq artisti Oktay Mir Qasım çıxış edib. 

Təqdimat mərasimində tanınmış qələm adamları, kino sənətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

  • 25-02-2023, 12:00