AZ   |   RU
İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətinin əlaqələrimizin inkişafına böyük töhfə verəcəyinə əminliyini bildirib

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Missiya.Az xəbər verir ki, Azərbaycanın dövlət başçısı bu barədə fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşündə deyib.

Dövlətimizin başçısı Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri daşıdığını, müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib.

  • 17-02-2023, 23:35