AZ   |   RU
IOC: Hələlik Rusiya və Belarus idmançıları ilə bağlı qərar qəbul edilməyib


Rusiya və Belarus idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı qərar hələ qəbul edilməyib.

Missiya.Az
xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, sözügedən ölkə təmsilçilərinin geri qayıtması ilə bağlı tövsiyələr yalnız Asiyada keçiriləcək yarışlara aiddir və olimpiadaya şamil edilmir.

Qeyd edək ki, Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya və Belarus idmançıları beynəlxalq yarışlardan kənarlaşdırılıblar.

  • 2-02-2023, 20:20