AZ   |   RU
Bərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var


Bərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Bərdə rayon Kətəlparaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində azı 4 nəfərin öldüyü bildirilir.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya düşən avtomobillərdən biri ANAMA agentliyinə məxsusdur. Qəzada xəsarət alan şəxslər Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

  • 2-02-2023, 18:51