AZ   |   RU
Fransa bir ay ərzində Burkina-Fasodan qoşunlarını çıxaracaq

Fransa Burkina-Fasodan qoşunlarını 30 gün ərzində çıxarmaq niyyətindədir.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Biz rəsmi olaraq Burkina-Faso hökumətinin bu ölkədə mövcud olan fransız qoşunlarının statusu ilə bağlı 2018-ci il sazişini ləğv etməsi barədə bildiriş aldıq.

Onun şərtlərinə görə, denonsasiya yazılı bildirişin alınmasından bir ay sonra qüvvəyə minir. Biz müqavilənin şərtlərinə əməl edəcəyik və bu tələbi yerinə yetirəcəyik”, - XİN rəsmisi bildirib.


  • 25-01-2023, 21:53