AZ   |   RU
Rusiyanın Ukraynaya buraxdığı kamikadze dron sayı məlum oldu
Rusiya hərbçiləri Ukraynanın cənub vilayətlərində İrana məxsus 30-dan çox kamikadze pilotsuz uçan aparatı (PUA) işə salıblar.

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ruslar əsasən İranın kamikadze dronlarından istifadə edirlər.

"Biz hesabladıq ki, 22 PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Onlardan 10-u zərərsizləşdirilib, lakin digərləri təsirli olmayıb", - Ukraynanın Cənub Müdafiə Qüvvələrinin birgə əlaqələndirmə qərargahının rəhbəri Nataliya Qumenyuk bildirib.

Rusiyanın İran PUA-larından istifadə etməsinə görə, Ukraynanın yalnız cənub bölgələri təhlükə altındadır.

Bundan əvvəl, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı bildirib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri rusların Ukraynaya qarşı müharibədə kütləvi şəkildə istifadə etməyə başladığı İranın 16 kamikadze PUA-sını məhv edib.


Baxış sayı: 93
  • 28-09-2022, 22:02