AZ   |   RU
BP Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğunu bildirib


Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.

Missiya.Az xəbər verir ki, söhbət zamanı BP şirkətinin Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğu vurğulanıb, yeni sərmayə qoyuluşu imkanları müzakirə edilib.

Qlobal enerji keçidi nəzərə alınaraq, BP-nin Azərbaycanda olan tərəfdaşlarla, o cümlədən SOCAR ilə əməkdaşlıqda, yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsində maraqlı və qətiyyətli olduğu bir daha diqqətə çatdırılıb.





  • 20-09-2023, 16:32