AZ   |   RU
BƏƏ rəhbərliyi İlham Əliyevə təbrik məktubu ünvanlayıb


Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Missiya.Az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq hissi duyuram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident!

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı ifadə etməkdən məmnunam.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan hökumətinə və xalqına firavanlıq və inkişaf arzulayıram.

Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".



  • 31-05-2023, 17:10