AZ   |   RU
Milli Məclis dövlət büdcəsinin icrası haqqında layihəni ilk oxunuşda qəbul edib - YENİLƏNİB

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilərək I oxunuşda qəbul olunub.

Missiya.Az-ın xəbərinə görə, sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Daha sonra qanun layihəsi barədə deputatlar çıxış ediblər.

Sonda sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




  • 31-05-2023, 12:35