AZ   |   RU
ÜST-nin Baş direktoru: “Dövlətlər pandemiyaya qarşı hazırlıq və cavab tədbirləri ilə bağlı beynəlxalq məcəllə hazırlayır” - ÜST-nin Baş direktoru

Son illər göstərdi ki, XXI əsrin çağırışlarında multiletaralizm yeni yanaşmaları və tərəfdaşlığı tələb edir.

Missiya.Az
xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda videomüraciətində deyib.

“Biz bu pandemiyadan dərslər götürməliyik. Yekun nəticədə artıq narahatlıq yaranır ki, dünyada məhz bu məsələlərə diqqətin kifayət qədər olmaması ilə bağlı təhlükə var. Biz yeni səviyyədə beynəlxalq əməkdaşlığı, əlaqələndirilmiş tədbirlərin formalaşdırılmasına çalışmalı və gələcəyimizi bununla sığortlamalıyıq” – videomüraciətdə qeyd olunub.

O qeyd edib ki, səhiyyənin siyasiləşdirilməsi təhlükəlidir:
“Buna qarşı mübarizə aparılmalıdır. Dövlətlər məhz pandemiyaya qarşı hazırlıq və cavab tədbirləri ilə bağlı beynəlxalq məcəllə hazırlayır. Bu, beynəlxalq səhiyyə sistemi üçün çox vacidbir. Vacibdir ki, ölkələr arasında danışıqlar getsin və nəticədə həmin qaydalar ölkələrin qanunlarına uyğun şəkildə həyata keçiriləcək”.

  • 9-03-2023, 11:17