AZ   |   RU
Emanuel Makron: Fransa Azərbaycanla Ermənistan arasında sülhü bərpa etməyə çalışacaq


Fransa Azərbaycanla Ermənistan arasında sülhü bərpa etmək, dialoqu inkişaf etdirmək üçün müvafiq səylər göstərəcək.

Missiya.Az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emanuel Makron Ermənistan baş naziri əvəzi Nikol Paşinyanla Parisdəki görüşü zamanı bildirib.

“ATƏT-in Minsk qrupu həmsədri kimi Fransa Rusiya və ABŞ ilə birlikdə gərginliyi azaltmaq, tərəflər arasında dialoqu, o cümlədən birbaşa təmasları bərpa etmək üçün əlindən gələni etmək niyyətindədir” – deyə, dövlət başçısı qeyd edib.

Tərəflər arasında danışıqların gündəliyində iki ölkə arasında iqtisadi əməkdaşlıq, habelə Ermənistana humanitar yardım məsələləri də var.

  • 1-06-2021, 16:32