AZ   |   RU
Rus sülhməramlılar Qarabağda hərbi hissəyə daxil olub "bayrağı" endirdilər - İDDİA

Rusiya sülhməramlıları ilə Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri arasında növbəti dəfə insident yaşanıb.

Missiya.Az xəbər verir ki, bu barədə erməni ictimai xadim Alvina Ağababyan məlumat yayıb. Onun iddiasına görə, sülhməramlılar Qarabağdakı qanunsuz xidmət edən erməni hərbçilərin olduğu hərbi hissəyə daxil olublar və hərbi hissənin üzərindən qondarma rejimin “bayrağ”ının çıxarılmasını tələb ediblər.

Alvina Ağababyan bildirib ki, hər dəfə güzəşt edilir və bu yeni kiçik güzəştlərə gətirib çıxarır.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan hərbçilərinin tələbi ilə qondarma rejimin “bayrağı” Xocavənd rayonunda yerləşən Amaras Monastrının üzərindən endirilmişdi.

Erməni sakinlər Azərbaycan ordusunun mövqelərini irəli çəkdiyini görən kimi Rusiya sülhməramlılarına xəbər veriblər. Əraziyə gələn sülhməramlılar Azərbaycan hərbçiləri ilə danışıqlar aparıblar. Azərbaycan hərbçiləri tələb edib ki, Amaras Monastrının üzərində asılan qondarma “bayraq” endirilməlidir. Sülhməramlılar hərbçilərin tələbini yerinə yetirib və qondarma "bayrağı" manastrın üzrərindən endirib. 

Elvin
Missiya.Az


  • 19-10-2021, 17:18