AZ   |   RU
“Yaşma” haqqında sərsəm iddia irəli sürən erməni general Laçın postunda həbs olundu

“Ermənistan ordusunun general-leytenantı Levon Mnatsakanyan bir müddət əvvəl Qarabağdan Ermənistana gəlmək istəyərkən Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən həbs olunub.


Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Vətəndaş Şüuru” QHT-sinin rəhbəri Narek Samsonyan özünün “facebook” hesabında məlumat yayıb.


Qeyd edək ki, Mnatsakanyan bir neçə il bundan öncə Şuşada cığır düzündə verdiyi müsahibə zamanı bildirmişdi ki, "Azərbaycan xüsusi təyinatlı qüvvələrinin ən elit bölməsi hesab edilən “Yaşma” 2016-cı il aprel döyüşlərində 400-dən çox canlı qüvvəsini itirib".

 



Daşqın Həsənov
Missiya.Az



  • 29-09-2023, 14:27