AZ   |   RU
ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib

ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketi açıqlayıb. 


Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.


Siyasətçi bildirib ki, yeni hərbi yardım paketi Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatlarına yeni təkan verməlidir.


“Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin yarıdan çoxunu geri qaytarıb. Bu gün təsdiqlənən yeni yardım Ukraynanın tərəqqisini dəstəkləyəcək və ona daha da təkan verəcək”, - deyə Blinken vurğulayıb.


Onun sözlərinə görə, hərbi yardım paketinə Ukraynanın indi və gələn qışda Rusiyanın hava hücumlarına qarşı hava hücumundan müdafiəsini gücləndirmək üçün əlavə hava hücumundan müdafiə sursatları daxildir.


“Bura həmçinin artilleriya və tank əleyhinə silahlar, eləcə də kasetli sursatlar daxildir ki, bu da Ukraynanın Rusiya qüvvələrinə qarşı əks-hücumunu davam etdirmək imkanlarını daha da artıracaq”, - deyə Blinken qeyd edib.


Məlumata görə, yardım paketinə 155 mm-lik artilleriya üçün kaset sursatlarının ikinci partiyası, həmçinin Stinger raketlərindən istifadə edən Avenger qısa mənzilli hava hücumundan müdafiə sistemləri daxildir.

 

 


Daşqın Həsənov
Missiya.Az



  • 22-09-2023, 11:11