AZ   |   RU
Zelenski Kanadaya səfər edib

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dan Kanadaya səfərə yollanıb.


Missiya.Az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Kanada hökümətinin rəsmi saytı məlumat yayıb.


Məlumata görə, səfər zamanı Zelenskinin Kanadanın baş naziri Castin Trüdo ilə görüşü nəzərdə tutulur.


“Liderlər Kanadadan hərbi, iqtisadi və humanitar dəstəyi müzakirə edəcəklər. Zelenski və Trüdo, həmçinin ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsinə dair saziş imzalayacaqlar”, - deyə məlumatda vurğulanıb.

 



Daşqın Həsənov
Missiya.Az



  • 22-09-2023, 10:19