AZ   |   RU
Ərdoğan Şuşa səfərindən və mina xəritələrindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa səfəri və mina xəritələri barədə danışıb. 

Missiya.Az
xəbər verir ki, Ərdoğan Cümə namazından sonra Şehriban məscidinin açılışında NATO zirvəsindən sonra Azərbaycana səfər edəcəyini deyib. 

O bildirib ki, Şuşa şəhərində mühüm sənədlər imzalanacaq. 

Sitat: “İlham Əliyev qardaşımla Füzulidən Şuşaya gedəcəyik. İki ölkə üçün mühüm razılaşmalar olacaq. Sonra futbol matçını izləyəcəyik” – sitatın sonu. 

Jurnalistlərin suallarını cavablandıran Ərdoğan bildirib ki, NATO zirvəsində keçiriləcək ikitərəfli görüşlərdə Ermənistanla məsələlə qaldırılarsa, müzakirə edəcəyik. Türkiyə prezidenti mina xətirələri ilə bağlı da müzakirələrin aparıla biləcəyini deyib.

Sitat: “Biz bu mövzu ilə əlaqəsi olanlara deyəcəyik ki, öncə mina xəritələri məsələsi çözülməlidir” – sitatın sonu.   

Elvin
Missiya.Az

 

  • 11-06-2021, 16:08