AZ   |   RU
Blinken və Mirzoyan arasında görüş başlayıb

Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb. 


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan məlumat verib.


Qeyd edək ki, Blinken Mirzoyanla görüşdükdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək.



Daşqın Həsənov
Missiya.Az



  • 1-05-2023, 17:22