AZ   |   RU
“SpaceX” orbitə rabitə peyki çıxarıb
 
İlon Maskın “SpaceX” şirkəti Hispasatdan İspan rabitə peyki “Amazonas Nexus”u orbitə çıxarıb.

Missiya.Az
xəbər verir ki, bu barədə SpaceX -in “Tviter” hesabında yazılıb.

Falcon 9 raketinin buraxılışı ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən bazasındakı 40-cı buraxılış kompleksindən həyata keçirilib.

Xatırladaq ki, bu yaxınlarda İlon Maskın şirkəti Starlink sisteminin daha bir peykini kosmosa çıxarıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 7-02-2023, 16:10