AZ   |   RU
Ərdoğan fəlakət zonasında işləri koordinasiya etməyə davam edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üzrə işləri əlaqələndirməkdə davam edir.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr Şöbəsi məlumat yayıb.

Bildirilir ki, Ərdoğan Dövlət Koordinasiya İnformasiya Mərkəzinə baş çəkəcək, burada təbii fəlakət zonasındakı vəziyyətlə bağlı son məlumatları alacaq və on vilayətdə işlərin gedişini şəxsən əlaqələndirəcək. 


Daşqın Həsənov
Missiya.Az


  • 7-02-2023, 15:13