AZ   |   RU
Rusiya Xarici İşlər Nazirliyi: “Rusiya ilə Asiya arasında əməkdaşlıq Qərb üçün siyasi kabusdur”

“Rusiya ilə Asiya arasında dinamik inkişaf edən münasibətlər Moskva əleyhinə siyasət yürüdən Qərb üçün siyasi və iqtisadi kabusdur”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Rudenko bildirib ki, müasir dünya Qərbin tətbiq etdiyi oyun qaydalarına əməl etmək istəmir və müsbət yönümlü ölkələr yeni qapalı həmfikirlərin koalisiyalarına qoşulmağa tələsmirlər.

“Bu ölkələr öz resurslarını blok-sxemlərə xərcləmək, həmçinin ABŞ və onun müttəfiqlərinin geosiyasi və geoiqtisadi ambisiyalarını gücləndirmək niyyətində deyillər”, - deyə siyasətçi vurğulayıb.

Rudenko qeyd edib ki, Asiya ölkələri xalqların rifahı və firavanlığı prinsiplərini rəhbər tuturlar.


Daşqın Həsənov
Missiya.Az


  • 10-01-2023, 14:14