AZ   |   RU
Molla rejiminə qarşı etirazlarda məhv edilən SEPAH üzvlərinin sayı artıb


Ötən bir il ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusunun 40-a yaxın hərbçisi həyatını itirib.

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, bu barədə SEPAH rəsmisi danışıb. SEPAH-ın Quru Qoşunlarının kordinatorunun müavini Əli Əkbər Purcəmşidian deyib ki, SEPAH hərbçiləri ölkənin müxtəlif bölgələrində baş verən son toqquşmalarda öldürülüblər.

Molla rejimi əleyhinə keçirilən etirazların qarşısının alınmasında qəddarlıqları ilə seçilən İran hökumətinin təhlükəsizlik qüvvələrinə nifrət hər keçən gün daha da artır. Etirazçı tələbələr "Bəsic, SEPAH, sən bizim İŞİD-imizsən" kimi anti-hökumət şüarları səsləndirirlər.

Nəriman Sultanoğlu
Missiya.Az



  • 9-01-2023, 13:02