AZ   |   RU
ATƏT xarici işlər nazirlərinin Polşadakı sammiti başa çatıb

Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası başa çatıb.

Missiya.Az
“TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi sammitin yekunu haqqında bəyanat yayıb.

Polşanın sədrliyi ilə keçirilən ATƏT Nazirlər Şurasının 29-cu iclası başa çatarkən Polşanın xarici işlər naziri Zbiqnev Rau yekun nitqi söyləyib.
Polşanın xarici işlər naziri Zbiqnev Rau təşkilatın uğurunun üzvlərdən asılı olduğunu bildirib.

Rau diplomatiyanın hər şeyi dəyişə biləcəyini vurğulayıb.

ATƏT-ə üzv 57 ölkədən 56-nın iştirak etdiyi iclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrov dəvət olunmayıb.

Qeyd edək ki, sammitdə Rusiya-Ukrayna müharibəsi və regional hadisələr müzakirə edilib.


Daşqın Həsənov
Missiya.Az


  • 2-12-2022, 17:57