AZ   |   RU
Bakıda polislər bıçaqlanıblar


Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.

Missiya. Az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.

Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları - 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. Bundan başqa o öz qohumu, 1966-cı il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.



Fakt araşdırılır.



  • 6-05-2023, 23:19