AZ   |   RU
Bakıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb

Bakıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

"Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur", - məlumatda qeyd olunub.

Araşadırmalar davam etdirilir.

  • 3-02-2023, 14:41