AZ   |   RU
Azərbaycan bu il əmtəəlik qazın istehsalını 8% artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 60,9 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 2% azalıb.

Missiya.Az
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən “APA-Economics”ə bildirilib. Sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 29 827,9 min ton, əmtəəlik təbii qaz hasilatı isə 31 790,9 mln. kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% azalıb, əmtəəlik qaz hasilatı isə 8% artıb”, - məlumatda qeyd olunur.
Qeyd olunub ki, ümumiyyətlə hesabat dövründə 29 911,9 min ton neft və 42 498 mln. kubmetr qaz hasil edilib, bu da müvafiq olaraq 5,4% azalma və 7,1% artım deməkdir.



  • 14-12-2022, 16:42