AZ   |   RU
​İlon Mask və Cef Bezosun Bakıya səfəri gözlənilir

Gələn il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə İlon Mask, Cef Bezos kimi dünya məşhurları gələcək.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatic nümayəndələrlə Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar keçirilən görüşdə deyib.

O bildirib ki, Bakıda keçiriləcək “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusundakı konqresə kosmik sahənin NASA, CNES, “Airbus”, “Boeing”, JAXA, TUA və bir çox aparıcı qurumlarının, eləcə də dövlətlərin nümayəndələri də olmaqla, 6 mindən çox qonaq gələcək.

Teymur Aslanov
Missiya.Az


  • 6-12-2022, 14:46