AZ   |   RU
Fərid Qayıbovun federasiyaların nümayəndələri ilə 9-cu görüşü keçirildi


Gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 9-cu görüşü keçirilib.

 Bu barədə Nazirlikdən Missiya.Az-a bildirilib.

Milli Gimnastika Arenasında təşkil olunan görüşdə əvvəlcə idman dərəcələrinə layiq görülmüş bir qrup idmançıya müvafiq nişan və vəsiqələr təqdim edilib.

Sonra Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, "Goal+" layihəsinin təqdimatı, idman sahəsində vergi güzəştləri və azadolmaları haqqında da danışılıb. Həmçinin, III Avropa Oyunlarına və XXXI Ümumdünya Yay Universiadasına hazırlıq məsələləri, Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına hazırlıq və digər məsələlər müzakirə olunub.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.




  • 8-06-2023, 10:34