AZ   |   RU
ASAPES-də qış idman növlərinin inkişafı ilə bağlı görüş keçirilib - FOTOLAR


Sloveniyanın Koper Elm və Tədqiqat Mərkəzinin direktoru professor Rado Pişot Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) rektor Fuad Hacıyev, Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektor Təhminə Tağı-zadə və akademik heyətlə görüşüb.

ASAPES-dən Missiya.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanda qış idman növlərinin inkişafı və bu sahədə ixtisaslı mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıq imkanları, müvafiq tədris planının hazırlanması, bu prosesdə Sloveniya və digər Avropa ölkələrinin təcrübəsindən istifadə imkanları geniş müzakirə olunub.

Bildirilib ki, inkişaf etməkdə olan bu sahə üzrə kadr hazırlığını beynəlxalq standartlara və tələblərə uyğun şəkildə aparmaq üçün ASAPES əcnəbi mütəxəssislərin cəlb olunması istiqamətində fəaliyyətini davam etdirəcək.




  • 16-05-2023, 21:19