AZ   |   RU
Azərbaycanlı qadın hakimlər Türkiyədə 3 oyun idarə edəcəklər


Azərbaycanın qadın hakimləri Türkiyədə futbol oyunlarını idarə edəcəklər.

Missiya.Az
AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA referisi Fəridə Lütfəliyeva, köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Antalya və Alanya şəhərlərində təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandaların hazırlıq xarakterli turnirinə təyinat alıblar.

Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA Hakimlər Komitəsi tərəfindən qardaş ölkəyə ezam olunan hakimlər bu gün Estoniya - Kosovo, fevralın 18-də Makedoniya - Bolqarıstan, fevralın 21-də isə Estoniya - Makedoniya matçlarını idarə edəcəklər.


  • 15-02-2023, 18:01