AZ   |   RU
PSJ-nin ulduz futbolçusu "Bavariya" ilə oyunu buraxacaq


PSJ-nin futbolçusu Kilian Mbappe Fransada Almaniya "Bavariya"sına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.

Missiya.Az "
Report"a istinadən xəbər verir ki, Liqa 1-in XXI turunda "Monpelye" ilə matçda dizindən zədələnən 25 yaşlı hücumçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, PSJ - "Bavariya" qarşılaşması fevralın 14-də baş tutacaq. Mbappe Liqa 1-də 13, Çempionlar Liqasında isə 7 qola imza atıb.

  • 2-02-2023, 19:28