AZ   |   RU
Aydın Ağabəyov kikboksinq üzrə hakimlik seminarı keçib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə hakimlər kollegiyasının sədr müavini beynəlxalq "A" dərəcəli hakim Aydın Ağabəyov hakimlərin peşəkarlıq səviyyəsini artırmaq məqsədilə seminar təşkil edib.

Missiya.Az
xəbər verir ki, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Kikboksinq Federasiyasının I vitse - prezidenti Ramal Aslanov, Azərbaycan Kikboksinq Federasiyasında hakimlər kollegiyasının sədr müavini Aydın Ağabəyov çıxış edərək Azərbaycanda idman sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən, əldə olunan müvəffəqiyyətlərdən, kikboksinq idman növünün hərtərəfli inkişaf etdirilməsindən danışıblar.

Seminarda yarışların daha dəqiq və səmərli idarə edilməsi üçün müxtəlif nəzəri və praktiki məsələlər müzakirə edilərək son yeniliklər izah edilib. Həmçinin hakimləri maraqlandıran suallar cavablandırılıb.

Sonda Azərbaycan Kikboksinq Federasiyasının 12 hakiminə birinci dərəcəli hakim kitabçaları təqdim olunub.

Qeyd edək ki, seminarın təşkil olunması hakimlərin bu sahədəki bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır.
Sonda seminarda iştirak edən hakimlərə sertifikat təqdim edilib.



  • 30-12-2022, 11:50