AZ   |   RU
"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

Almaniyanın "Bavariya" klubunun və Kanada millisinin futbolçusu Alfonso Deyvis karyerasını İspaniyada davam etdirə bilər.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, "Real Madrid" 2024-cü ilin yayında 22 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.

Madrid təmsilçisinin rəhbərliyi oyunçunun çıxışını bəyənir və bu transferdə israrlıdır.

Qeyd edək ki, 2018-ci ildən "Bavariya"nın formasını geyinən Alfonso Deyvisin müqaviləsi 2025-ci ildə başa çatmalıdır. O, cari mövsüm ölkə çempionunun heyətində 24 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.


  • 27-12-2022, 17:49