AZ   |   RU
FIFA Argentina komandasına 41 milyon avro ödəyib

Futbol üzrə dünya çempionatında komandalara verilən pul mükafatlarının məbləği açıqlanıb.

Missiya.Az
xəbər verir ki, Argentina millisi Qətərdə keçirilən mundialın final oyununda qələbəyə görə Beynəlxalq Futbol Federasiyasından (FİFA) 41 milyon avro alıb. Çempionatın finalında oynadığı üçün Fransa komandası 29 milyon avro qazanıb.

Yarışın ümumi mükafat fondu 429 milyon avro təşkil edib.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 20-12-2022, 18:16