AZ   |   RU
Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı açıqlandı


Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsinin püşkü atılıb.

Missiya.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov "The FTX Crypto Cup"un ilk turunda ABŞ təmsilçisi Hikaru Nakamuraya rəqib olub.

Şəhriyar Məmmədyarov isə Maqnus Karlsenlə görüşəcək. Hər iki şahmatçı ağ fiqurlarla çıxış edəcəklər.

Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla V turda, Məmmədyarov isə VII turda qarşılaşacaq. Onlar bu qarşılaşmalarını da ağ fiqurlarla keçirəcək.

VI turda isə Azərbaycan şahmatçıları bir-birinə rəqib olacaq. Rəcəbov ağ, Məmmədyarov isə qara fiqurlarla oynayacaq.

Qeyd edək ki, yarış 23 - 31 mayda gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

  • 17-05-2021, 16:30