AZ   |   RU
Çempionlar Turu: Şəhriyar Məmmədyarov ilk yarımfinal görüşünü keçirəcək


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün ilk yarımfinal görüşlərini keçirəcək.

Missiya.Az xəbər verir ki, 36 yaşlı qrossmeyster bu raundda ABŞ təmsilçisi Hikaru Nakamura ilə görüşəcək.

Məmmədyarov 1/4 final mərhələsində Alireza Firuzcanı (FIDE), Nakamura isə Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdırıb.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov Maqnus Karlsenə uduzub. Norveçli dünya çempionu finala gedən yolda Levon Aronyana (Ermənistan) qalib gəlməyə çalışacaq.

Yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Çempionlar Turu: "New In Chess"

Yarımfinal cütləri

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ)

Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan)

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

  • 29-04-2021, 10:17