AZ   |   RU
"Milan" da Avropa Super Liqasından imtina etdi - RƏSMİ


İtaliyanın "Milan" klubu Avropa Super Liqasından ayrıldığını açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "İnter", İspaniyanın "Atletiko" (Madrid), İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem", "Mançester Siti" və "Çelsi" klubları Superliqanı tərk edib.

İspaniyanın "Real Madrid", "Barselona", İtaliyanın isə "Yuventus" klubu yarışdan imtina etdiklərini açıqlamayıb.

  • 21-04-2021, 15:37