AZ   |   RU
Avropa Liqasında həftənin rəmzi komandası açıqlandı

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Missiya.Az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "11-liy"ə İngiltərənin "Arsenal" klubundan 5, "Mançester Yunayted"dən 4, İtaliyanın "Roma" və İspaniya "Vilyarreal" komandasından hərəyə 1 futbolçu düşüb.

Qapıçı: David De Xea ("Mançester Yunayted", İngiltərə)

Müdafiəçilər: Aaron Van-Bissaka, Aksel Tuanzebe, Aleks, Aleks Telles (hər üçü "Mançester Yunayted", İngiltərə), Kalum Çeymbers ("Arsenal", İngiltərə)

Yarımmüdafiəçi: Nikolya Pepe, İmil Smit-Rou, Bukayo Saka (hər üçü "Arsenal", İngiltərə)

Hücumçular: Edin Ceko ("Roma", İtaliya), Jerar Moreno ("Vilyarreal", İspaniya), Aleksandr Lyakazett ("Arsenal", İngiltərə)


  • 16-04-2021, 15:21