AZ   |   RU
Benzema braziliyalı futbolçunun rekordunu qırdı

Fransalı futbolçu Kərim Benzema İspaniyanın "Real Madrid" klubunun tarixinə düşüb.

Missiya.Az xəbər verir ki, 34 yaşlı hücumçu Madrid təmsilçisinin heyətində Çempionlar Liqasında 108-ci oyununu keçirib.

Təcrübəli forvard İngiltərə "Liverpul"unu 3:1 hesabı ilə məğlub etdikləri 1/4 final mərhələsinin ilk matçında "kral klubu"nun sabiq futbolçusu Roberto Karlosun rekordunu qırıb.

"Real Madrid"də indiyədək yalnız 3 futbolçu Çempionlar Liqasında Benzemadan daha çox oyuna çıxıb. Hazırkı kapitan Serxio Ramos 128, keçmiş hücumçu Raul Qonsales 130, sabiq qapıçı İker Kasilyas isə 150 qarşılaşmada meydanda olub.

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real Madrid"in formasını geyinir.


  • 7-04-2021, 09:29