“Azərbaycan icgtimaiyyəti Ann İdalqonu yaxşı tanıyır. Bu həmin İdalqodur ki, sosial şəbəkələrdə tez-tez uydyrma erməni soyqırımı iddiaları ilə bağl paylaşımlar edir. O hətta prezidentliyə namizəd olarkən qondarma “Dağlıq Qarabağ Respublikasını”rəsmən tanıyacağını da bəyan etmişdi. İdalqo ermənilərin təşkil etdiyi əksər tədbirlərdə başda olur, bəzi hallarda isə erməni maraqlarına xidmət edən layihələrin bilavasitə təşəbbüskarı kimi çıxış edir. Fransanin ermənilərə humanitar yardım şousunda da İdalqo canfəşanlıq göstərir və burada da təbii ki, təəccüblü heç nə yoxdur. Erməni adı, erməni hiyləsi olan yerdə İdalqo adının da olması, bir növ aksiomdur”.
Missiya.Az xəbər verir ki, bunu Türk Ağsaqqalları Birliyi- TAİB-in təsisçisi, “Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsində yazıb R.Əhmədov qeyd edib ki, Fransanın sözügedən “yardım” adlı təxribat cəhdi təkcə Ann İdalqonun ermənipərəst mövqeyindən qaynaqlanmayıb:
“ Bu təşəbbüs əsasən rəsmi Parisin erməni maraqlarına cavab verən siyasətindən irəli gəlir. Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul etdirməyə çalışan Fransa laçın yolu məsələsinin arxa plana atılmasının qarşısını almağa və bu istiqamətdə gərginliyin davam etməsinə maraq göstərir. Lakin bundan əvvəlki cəhdləri kimi bu oyunu da fiaskoya uğrayacaq. Çünki fakt faktlığında qalır: Azərbaycan “blokada” yaratmır, əksinə, Qarabağda yaşayan erməniəsilli vətəndaşlarına humanitar yardım göndərməyə, əlaqələr üçün yeni yollar yaratmağa çalışır. Üstəlik, o da rəsmi səviyyədə bəyan olunub ki, Ağdam-Xankəndi yolu açılandan qısa müddət sonra Laçın yolunun da funksionallığı təmin olunacaq. Odur ki, Ann İdalqo gəldiyi kimi də geri qayıtmalı olacaq”.
Elcan
Missiya.Az