AZ   |   RU
Elektrik enerjisinin qiyməti bahalaşacaq?

 

“Elektroenergetika haqqında” yeni Qanun qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsini təmin edəcək. 
“Elektroenergetika haqqında” yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar, elektrik enerjisinə görə qiymətlərin qalxacağına dair fikirləri şaiyə və yaxud qeyri-dəqiq informasiya adlandıra bilərik. Elektrik enerjisinin qiyməti qalxmayacaq demirəm, amma qalxacaqdırsa da bu, yeni qanundan dolayı artım olmayacaq". 

Bu sözləri Missiya.Az-a açıqlamsında İqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, yeni qanun zərurətdən qəbul edilmişdir:

“Özündən öncəki qanun xeyli müddət əvvəl qəbul edilmişdir. Və bir çox istiqamətləri özündə ehtiva etmirdi. O cümlədən də beynəlxalq təşkilatların bu sahəyə kredit ayırması, öz tövhvəsini verməsi üçün müəyyən şərtləri vardır ki, bu şərtlər qarşılığında birgə əməkdaşlıq mümkün idi. Lakin şərtlərin də əsasını təşkil edən bilavsitə elektrik enerjisinin istehsalı və enerjini insanlara ötürən subyektlərin birlikdə fəaliyyət göstərməməsi buna mane olurdu. Yəni bunlar fərqli-fərqli olmalıdır. Və burada təsərrüfat subyektlərinin sayı artmalıdır. Bir növ rəqabət mühiti yaratmaq lazımdır. Prosesin fəlsəfəsi məhz bundan ibarətdir. Buna görə də yeni qanunun yaradılması həm bu, həm də digər məsələləri özündə ehtiva edir”.

Eldəniz Əmirovun sözlərinə görə, yeni qanun imkan verəcəkdir ki, elektrik enerjisi bazarında fəaliyyət göstərən subyektlərin sayı çoxalsın:

“Bu subyektlər elektrik enerjisinin istehsalçılarından, onları həmin istehsalçıdan götürərək sistemə ötürən operatordan, sistemdə paylayıcı operatordan, qapalı paylaycı şəbəkə operatorundan, bazar operatorundan eləcə də prosesin bir növ əsas son nöqtəsi olan istehlakçılardan ibarət olacaqdır. Bu detallar qanunda öz əksini tapıb”. 

Ekspert qeyd edib ki, indi istehlakçıya təyin olunmuş satış qiyməti dövlət tərəfindən müəyyən edilir, amma sonrakı prosesdə bazar tərəfindən müəyyənləşdiriləcək: 

“Yəni istehsalçı istehsal edəcək və elektrik enerjisini topdan satış formalaşdırıb bazar qanunlarına uyğun olaraq satacaqdır. Və yuxarıda qeyd etdiyim tsərrüfat subyektlərinin iştirakı ilə bir növ sonda istehlakçıya gələcək deyə bazara qiymət formalaşdıracaqdır. Qanunvericiliyin tələblərindən irəli gələrək rəqabət mühitinin formalaşdırılması və bazar prinsiplərinin məhz enerjisi istehsalı sahəsində yaradılması mümkün olacaqsa bu qanunun faydaları daha çox olacaqdır”.

Müsahib bildirib ki, əgər burada lazımı qədər təsərrüfat subyektləri yaradılmazsa o zamanm bəli, proses əvvəlkindən daha pis ola bilər: 

“Əgər dövlər elektrik enerjisinin qiymətini tənzimləmək funksiyasından belə desək dondurursa, elektrik enerjisinin son istehlak qiymətini tənzimləmirsə və bunu bazar subyektinə ötürürsə və bazar subyektlərinin sayı rəqabət aparcaq qədər olarsa, lakin öz aralarında razılığa gələrək, yaxud bir nəfər tərəfindən idarə edilməsinə rahat şəkildə azadlıq veriləcəksə o zaman qiymətlərin qalxma ehtimalı var. Düşünürəm ki, dövlət buna imkan vermiyəcəkdir. Əgər belə hallar yaransa o zaman dövlət ehtimal edirəm ki, yenidən qiymət tənzimləmə, müəyyənetmə funksiyasını öz əlinə götürəcəkdir".


Leyla SƏMƏNDƏR
Misssiya.Az



  • 20-04-2023, 12:45