AZ   |   RU
“Putin Ukrayna məsələsində bütün cəbhələrdə yanıldı” - Bayden


“Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukrayna məsələsində dünyanın qətiyyətini lazımi səviyyədə qiymətləndirmədi və “bütün cəbhələrdə” yanıldı”. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İrlandiyaya səfəri zamanı deyib.

Onun sözlərinə görə, Putin Ukraynada genişmiqyaslı hücuma başlayanda dünyanın başqa tərəfə baxacağını düşünürdü.

Bayden İrlandiya hakimiyyətinə Ukraynaya tibbi avadanlıq da daxil olmaqla 170 milyon avro yardım etdiyinə görə təşəkkür edib.

Daşqın Həsənov
Missiya.Az



  • 14-04-2023, 12:21