AZ   |   RU
İranda “Zəngəzur Azərbaycandır” dedilər


İranda fars-molla rejimi əleyhinə etirazlar davam edir. Əsasən sadə xalq kütlələri və xüsusilə də qeyri-fars əhali arasında İran hakimiyyətinə inamsızlıq, molla rejiminin yarıtmaz və absurd siyasətinə qarşı qəzəb hökm sürür.

Bütün İslam dünyasına zidd hərəkətlər edən molla rejimi din pərədəsi altında yenə də çirkin əməllərindən əl çəkmir və müsəlmanlara düşmən kəsilən qüvvələrlə dostluq əlaqələrini genişləndirir. Ermənistana hər zaman qucaq açan İranın Zəngəzur dəhlizi məsələsində qeyri-ciddi və siyasi etikadan kənar hərəkətlər etməsi, bütün Türk dünyasında olduğu kimi Güney Azərbaycanda yaşayan soydaşlarımızda da ikrah hissi oyadıb. Məhz İran adlanan ölkənin müxtəlif bölgələrində, əsasən də mərkəzi küçələrində “Zəngəzur Azərbaycandır” şüarlarının səsləndirilməsi, həmin şüarı özündə əks etdirən vərəqələrin yayılması mollaların kürkünə bit salıb.

Görünən odur ki, fars-molla rejiminin Azərbaycana düşmən mövqedə dayanması və növbəti səhv addımı yenə əks nəticə göstərdi. Güney Azərbaycandan olan soydaşlarımız da bildirirlər ki, İran istəsə də istəməsə də Zəngəzur dəhlizi açılacaq!

Nəriman Sultanoğlu
Missiya.Az

 



  • 11-04-2023, 11:06