AZ   |   RU
Dostları Bəxtiyar Hacıyevdən imtina edir, onu seksual manyak adlandırırlar - Cinayət əməlləri ifşa olunur
Bir müddətdir ki, şouluq edərək Azərbaycan dövlətinin əleyhinə qarayaxma kampaniyası aparmaqla məşğul olan ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı yeni məlumatlar ortaya çıxıb. Belə ki, Bəxtiyarın seks-şpionajla məşğul olması barədə yeni detallar məlum olub. Hətta onu müdafiə edən bir sıra ictimai fəallar və müxalifətçilər Bəxtiyarı müdafiə etdiklərinə görə özlərini günahlandırmağa başladılar. Həmin insanlar hətta Bəxtiyarın "qəsdən şərlənərək" həbs olunması ilə bağlı sosial şəbəkələrdə piar apararaq, onu müdafiə etməyə çalışırdılar. Ancaq bu gün ortaya çıxan həqiqətlərdən sonra Bəxtiyarın cinayətkar olduğu məlum oldu. Hətta onun ən yaxın “silahdaşlarından” hesab edilən İlkin Rüstəmzadə özünün “facebook” hesabında canlı yayım edərək, Bəxtiyarı seksual manyak adlandırıb. 

İ.Rüstəmzadə bildirib ki, “Mən bundan sonra Bəxtiyar Hacıyevi müdafiə etməyəcəm, onu müdafiə edənləri də səmimi qəbul etməyəcəm. Bəxtiyarı kim müdafiə edəcəksə, onları da əxlaqsız hesab edəcəm. Mən çox böyük qələt edib indiyədək onu müdafiə etmişəm. Çox böyük səhv etmişəm, onu aclıq aksiyasına görə müdafiə etmişəm. Əlsində, B.Hacıyev aclıq aksiyası keçirməli deyildi, o, seks aclığından əziyyət çəkən manyakdır".

Məlum olub ki, Bəxtiyar Hacıyev salam verdiyi, illərlə dostluq etdiyi, evində çörək yediyi kişilərin qadın ailə üzvlərinə qarşı əxlaqdan uzaq hərəkətlırə yol verib. Və bu yaramazlığının görüntülərini öz dostlarına göndərir, qürrələnir, hətta xanımları dostlarına da “ötürürmüş”. Hətta onun aldatdığı xanımlar arasında yetkinlik yaşına çatmayanlar da var. Xanımlardan birinin Bəxtiyar Hacıyevin xaricə təhsil üçün göndərdiyi dostunun nişanlısı olduğu deyilir. Bəxtiyarın etdiyi bu əxlaqsızlıq Azərbaycan kişisinə yaraşmayan hərəkətdir. İndi isə, o etdiyi bu əxlaqsızlığa görə, qanun qarşısında cavab verməli olacaq. 

Qeyd edək ki, Azərbaycan Respublikasının cinayət məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ cinayət yer alır. Həmin cinayətlərə görə isə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, Bəxtiyar Haciyevin bu əməli ilk deyil. Hələ 2021 ci ildə onun feminist qadın Nərmin Şahmarzadə ilə də intim söhbətləri haqqında yazışmaları sosial şəbəkələrdə açıq formada paylaşılmışdı. Həmin vaxt özünün seks aclığına bəraət qazandırmağa çalışan B.Hacıyev bunu şəxsi həyatına müdaxilə adlandırmışdı.

Daşqın Həsənov
Missiya.Az 





  • 3-03-2023, 22:12