AZ   |   RU
Pakistan Prezidenti Azərbaycan liderinə təşəkkür edib


"Zati-aliləri, əminəm ki, mövcud olan yüksək səviyyəli əlaqələrimizin bundan sonra daha da inkişaf etdirilməsi üçün Sizinlə yaxından əməkdaşlıq edəcəyik".

Missiya.Az xəbər verir ki, bu fikirlər Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.
"Bu xoş fürsətdən istifadə edərək Azərbaycanın beynəlxalq forumlarda Pakistana verdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm. Cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına davamlı inkişaf və fıravanlıq diləyirəm", - məktubda qeyd olunub.


  • 1-06-2021, 17:42