AZ   |   RU
“Azərbaycan türklərinin fədakarlığı bütün türklər üçün qürurvericidir” - Sabir Karger

“Türkiyədə baş verən dəhşətli zəlzələ türk dünyasını daha da birləşdirdi. İlk reaksiyanı təbii ki, qardaş Azərbaycan dövləti və xalqı verdi.  Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi bütün türklər tərəfindən rəğbətlə qarşılandı. Daha sonra isə bütün türk dünyasından, Turan ellərindən yardımlar gəlməyə başladı”.

Bu fikirləri Missiya.Az-a açıqlamasında Güney Türküstanın (Əfqanıstan) İstanbulda yaşayan tanınmış ifaçısı Mehmet Sabir Karger deyib. S.Karger əlavə edib ki, bu Türkiyənin təkcə Türkiyədən ibarət olmadığının göstəricisidir: “Bir daha sübut olundu ki, Türkiyə təkcə öz sərhədlərindən ibarət deyil. Bütün Turan elləri Türkiyə, Türkiyə də bütün Turan elləri deməkdir. Bu eyni zamanda Azərbaycan başda olmaqla digər türk dövlətlərinə də aiddir. Eyni zamanda Azərbaycan da təkcə öz sərhədlərindən ibarət deyil. Bu gün Azərbaycan necə ki, öz qadaşının yanında oldu, qardaşları da daim Azərbaycanın yanında olacaq. Azərbaycanımızın nümunəvi dəstəyi, Azərbaycan türklərinin fədakarlığı bütün türklər üçün qürurvericidir, eyni zamanda ümid və stimuldur.

Allah zəlzələdə dünyasını dəyişənlərə rəhmət eləsin, yaralananlara şəfa versin!”.
 
Əli İbrahimli
Missya.Az


  • 14-02-2023, 15:23