AZ   |   RU
Ermənistan səfərbərliyə oxşar məşq-təlim toplantısı elan edir - FOTO

Ermənistan höküməti 2169 nəfərin iştirakı ilə ehtiyatda olan hərbiçilərin məşq-təlim toplantısı təşkil etməyi planlaşdırır.

Missiya.Az
xəbər verir ki, plana əsasən, birinci qrupun birinci kateqoriyalı ehtiyatda olan hərbi qulluqçuları üçün 3 ay müddətində - 25 avqustdan 25 noyabradək təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulur. Təlim-məşq toplantısında 1164 əsgər, 254 gizir, 751 zabit olmaqla 2169 ehtiyatçı iştirak edəcək.

Təlim düşərgələrində motoatıcı, raket və artilleriya, kəşfiyyat, mühəndislik ixtisasları ilə ehtiyatda olan zabitlər, habelə rabitəçilər iştirak edəcək.
Məşq-təlim toplantısını təmin etmək üçün 3 ay ərzində hərbi nəqliyyat öhdəliyi olan orqanlardan 110-a qədər nəqliyyat vasitəsinin cəlb edilməsi planlaşdırılır.




  • 13-08-2021, 11:58