AZ   |   RU
Türkcə Kərkükün rəsmi dili elan edildi


İraqın şimalındakı Kərkük şəhərində türk dili rəsmi dil elan olunub.

Missiya.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib.

Bildirilib ki, qərarla əlaqədar şəhərdəki bütün məlumat lövhələri dəyişdirilir və türk dilində ifadələr əlavə olunur.

Qeyd edək ki, Kərkükdə türkmanlar, ərəblər və kürdlər, eləcə də bəzi xristian azlıqlar yaşayır. Səddam Hüseynin devrilməsindən sonra Kərkükdə referendum keçiriləcəyi barədə qərar qəbul edilsə də, hələlik reallaşmayıb. İraqın şimalındakı regional kürd muxtariyyəti bir neçə dəfə Kərkükü hüdudlarına daxil etməyə çalışıb. Şəhərin türkman və ərəb sakinləri buna etiraz ediblər.

Zərintac Mayisqızı

Missiya.Az




  • 21-09-2023, 16:11